• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Harris tərəfdarlarını seçki nəticələrini qəbul etməyə çağırıb

DÜNYA

07 Noyabr 2024 | 14:09 | Müəllif: Gülşən Şərif

Harris tərəfdarlarını seçki nəticələrini qəbul etməyə çağırıb

"Mən bilirəm ki, insanlar hazırda müxtəlif emosiyalar hiss edir və yaşayırlar. Mən bunu başa düşürəm. Amma biz bu seçkinin nəticələrini qəbul etməliyik".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris deyib.

O, öz tərəfdarlarını seçkilərdəki məğlubiyyətini qəbul etməyə çağırıb:

"Mən bilirəm ki, bir çox insanlar qaranlıq bir zamana girdiyimizi hiss edir. Lakin hamımızın xeyrinə ümid edirəm ki, belə deyil". 

Qeyd edək ki, Trampın 2025-ci il yanvarın 20-də Ağ Evdə ikinci müddətə inauqurasiya mərasimi keçiriləcək. Harris vitse-prezident kimi Kapitoliyada andiçmə mərasiminə nəzarət edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR