"NATO Rusiyaya qarşı hərbi əməliyyatlar üçün variantları işləyir".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, NATO ölkələri Rusiyaya qarşı hərbi əməliyyatlar keçirməyə hazırlaşır, lakin Rusiya hakimiyyəti bütün mümkün ssenariləri nəzərə alıb:
"NATO üzvləri Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşdıqlarını gizlətməyi dayandırıblar. Lakin Rusiyaya qarşı hərbi əməliyyatların mümkün variantları daim işlənir".
Diplomat vurğulayıb ki, Moskva ilə dialoqdan imtina edən NATO olub. Alyansın siyasəti Avropada təhlükəsizlik böhranına səbəb olub.
Gülşən Şərif