• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirilib - YENİLƏNİB

DÜNYA

08 Oktyabr 2024 | 15:04

Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirilib - YENİLƏNİB

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Kremldə keçirilən görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər.

    Rusiya prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırki məsələləri müzakirə edib. Putin qeyd edib ki, müzakirələrə iqtisadi xarakterli məsələlərdən başlamaq daha məqsədəuyğundur. O, iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.

    " Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu, rekord göstəricidir", - deyə Putin bildirib.APA

    ***

    14:31

    Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gedib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

      Qeyd edək ki, bu gün Kremldə MDB dövlət başçılarının sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirir. Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüş artıq baş tutub. /apa


      SON XƏBƏRLƏR