Fransanın Strasburq şəhərində AP Baş Assambleyasında “Yaxın Şərqdə zorakılığın artması və Livandakı vəziyyət” adlı sessiya keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Parlamentində (AP) İsrailin Livana hücumları ilə bağlı keçirilən iclasda Avropa İttifaqı (Aİ) Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin "Livan işğal olunub" açıqlaması reaksiya ilə qarşılanıb.
Aİ Komissiyası adından açılış nitqi ilə çıxış edən Borrell Livanda vəziyyətin gündən-günə pisləşdiyini və əhalinin 20 faizinin məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.
Əli Hüseynov