• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

5 rus alpinist həlak olub

DÜNYA

08 Oktyabr 2024 | 14:57 | Müəllif: Əli Hüseynov

5 rus alpinist həlak olub

5 rusiyalı alpinist dünyanın 7-ci ən hündür zirvəsi olan Nepalda Dhaulagiri dağına qalxarkən həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, Nepalın paytaxtı Katmanduda yerləşən rəhbər təşkilatdan Pemba Jangbu Sherpa verdiyi açıqlamada 8167 metr yüksəklikdəki Dhaulagiri dağına qalxan 5 rusiyalı alpinistin oktyabrın 6-dan itkin düşdüyünü bildirib.  

Pemba, alpinistlərin tapılması üçün başladılan axtarış-xilasetmə işləri çərçivəsində vertolyotun zirvə yaxınlığında alpinistlərin cəsədlərini aşkar etdiyini bildirdi.

Alpinistlərin ölüm səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026