• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

ABŞ təbii fəlakətlərə qarşı mübarizədə maliyyə çətinliyi ilə üzləşir

DÜNYA

08 Oktyabr 2024 | 14:37

ABŞ təbii fəlakətlərə qarşı mübarizədə maliyyə çətinliyi ilə üzləşir

ABŞ geniş miqyaslı təbii fəlakətlərlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, “The Atlantic” jurnalının məlumatına görə, ABŞ-ın Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyi hələ sentyabr ayında “Helen” qasırğasından öncə ciddi maliyyə çatışmazlığı ilə qarşı-qarşıya qalıb.

Ekspertlər bildiriblər ki, biznes modelləri fəlakətlərlə bağlı hazırkı risklərə tab gətirməyən sığorta şirkətlərinin bazardan çəkilməsi və sığorta haqlarının artması vəziyyəti daha da ağırlaşdırır.

Oktyabrın 7-də ABŞ Prezidenti Cozef Bayden “Milton” qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət rejiminin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsini tapşırıb. Qasırğanın oktyabrın 9-da və ya 10-u günün birinci yarısında Florida sahillərinə çatacağı gözlənilir. Hidrometeoroloqlar “Milton”un hündürlüyü 3 metrdən çox olan dağıdıcı dalğalara səbəb olacağını bildirirlər.


SON XƏBƏRLƏR

20 Dekabr 2024