• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

İsrail Hizbullaha qarşı yeni əməliyyata başlayıb

DÜNYA

08 Oktyabr 2024 | 14:55

İsrail Hizbullaha qarşı yeni əməliyyata başlayıb

İsrail Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı məhdud əməliyyatlara başlayıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) 146-cı Zirehli Diviziyası HaMapatz Livanın cənub-qərbində Hizbullah şiə qurğularına və infrastrukturuna qarşı lokallaşdırılmış və hədəflənmiş əməliyyat tədbirlərinə başlayıb. 

"Əsgərlər 213-cü Artilleriya Briqadası və əlavə qüvvələrlə birlikdə ərazidə (Livanın cənubunda - red.) terror infrastrukturunu müəyyən etmək və məhv etmək üçün işləyirlər", - İsrail Hərbi Hava Qüvvələrinin bəyanatında vurğulanıb.

Qeyd olunub ki, ötən ilin oktyabrından 146-cı diviziyanın qərargahı regional müdafiə briqadası kimi fəaliyyət göstərib və onun qüvvələri İsrailin şimalında, Qəzza zolağında, Yəhudeya və Samariyada yerləşdirilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR