• Bakı 20° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

İran prezidenti ilk xarici səfərini bu ölkəyə edəcək

DÜNYA

08 Sentyabr 2024 | 17:07

İran prezidenti ilk xarici səfərini bu ölkəyə edəcək

İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də İraqa səfər edəcək.

Bakıvaxtı.az  "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu, onun ölkə başçısı kimi ilk xarici səfəri olacaq.

İraq rəsmiləri ilə görüşlərin planlaşdırıldığı qeyd edilir. İraqda İran prezidenti bir sıra anlaşma memorandumları imzalayacaq.

Bundan əvvəl İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq demişdi ki, bu sənədlər mərhum prezident İbrahim Rəisinin səfəri zamanı imzalanmalı idi.

Xatırladaq ki, Pezeşkian iyulun 5-də keçirilən ikinci turda İran prezidenti seçilib. Erkən seçkilər İbrahim Rəisinin mayın 19-da təyyarə qəzasında həlak olmasından sonra baş tutub.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024