• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taliban və Pakistan arasında silahlı toqquşma

DÜNYA

07 Sentyabr 2024 | 19:43 | Müəllif: Subhan Mahmudov

Taliban və Pakistan arasında silahlı toqquşma

Əfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TOLOnyus” məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın şərqində yerləşən Host vilayətinin sərhədi yaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban ilə Pakistan hərbçiləri arasında atışma başlayıb. Tərəflərin ağır silahlardan da istifadə etdiyi iddia edilir.

Ölən və ya yaralananlar barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026