Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 359-a yüksəldiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada vəba epidemiyasının yanvar ayından etibarən ölkənin bütün 36 əyalətinə, eləcə də paytaxt Abucaya yayıldığı bildirilib.
Açıqlamada bu il ölkədə vəba epidemiyasının kəskin şəkildəyüksəldiyi və şübhəli xəstələrin sayının 220 faiz artdığı bildirilib ki, bu da narahatlıq doğurur.
Əli Hüseynov