• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - YENİLƏNİB

HADİSƏ

08 Sentyabr 2024 | 17:10 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - YENİLƏNİB

Cəlilabad şəhərində ümumi sahəsi 338 m² ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 258 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər (uşaq) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilib və onların köməyi ilə xəstəxanaya çatdırılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***15:49

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

Bakıvaxtı.az  bildirir ki, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.
 

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.

 

***15:05

Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.

Bakıvaxtı.az xəbər verir ki, yanan evdə iki azyaşlı qalıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026