• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Sumqayıtda qadın qaynı tərəfindən BIÇAQLANDI - YENİLƏNİB

HADİSƏ

08 Oktyabr 2024 | 11:54

Sumqayıtda qadın qaynı tərəfindən BIÇAQLANDI - YENİLƏNİB

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

***

09:30

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.

Bakıvaxtı.az xəbər  verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

20 Dekabr 2024