Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Bakıvaxtıa.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 130 m² olan kafenin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















