• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Sumqayıtda baş verən partlayışda xəsarət alanların FOTOSU

HADİSƏ

07 Dekabr 2024 | 09:00

Sumqayıtda baş verən partlayışda xəsarət alanların FOTOSU

Xəbər verdiyimiz kimi, 03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, baş verən partlayışda 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 1977-ci il və 2007-ci il təvəllüdlü şəxslər dekabrın 4-də saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar. 

Ağırlıq dərəcəsinə əsasən xəstələr xüsusi boksdadır. Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri ağır olaraq qalır.

Qeyd edək ki, həmin şəxslər ata və oğludur. Qızı isə Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində müalicəsini davam etdirir.

Bakıvaxtı.az həmin şəxslərin fotosunu təqdim edir:

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

23 Aprel 2025