• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fermada yanğın: 4 min cücə tələf oldu

HADİSƏ

05 Yanvar 2025 | 22:48

Fermada yanğın: 4 min cücə tələf oldu

Ucarda cücə sexində yanğın olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026