• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Qəza zamanı "Xalça" planı ilə bağlı vacib məqam - FOTOLAR

HADİSƏ

04 Fevral 2025 | 20:49

Qəza zamanı Xalça planı ilə bağlı vacib məqam - FOTOLAR

Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatında daha bir vacib məqam qeyd olunub. 

Bakıvaxtı.az xəbər verir ki, hesabatda “Xalça” planının Rusiyada necə tətbiq olunduğu ilə bağlı danışıqlar var. 

Təyyarənin göyərtəsində problemlər saat 05:13-də qeydə alınıb (təyyarənin əsas idarəetmə sistemləri itirilib), saat 05:21-də isə “Xalça” planı qeyd olunub. Yuxarıdakı ekran görüntüləri. Yəni “Xalça” planı faciədən 8 dəqiqə sonra açıqlanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında deyilir ki, AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasından əvvəl aviadispetçerlər Qroznıda “Xalça” planının tətbiqi ilə bağlı xəbərdarlıq ediblər. Orada həmçinin qeyd olunur ki, təyyarədə xarici əşyaların konstruksiyaya daxil olmasını göstərən zədə aşkar edilib.

Rusiya mediası “Xalça” planının qabaqcadan elan olunduğunu tirajlasa da, məlum olub ki, bu plan Azərbaycan təyyarəsi vurulduqdan sonra elanedilib. 

Bundan əvvəl Azərbaycan bəyan etmişdi ki, əgər bu, vaxtında həyata keçirilsəydi, təyyarənin Qroznı üzərində uçmasına sadəcə olaraq icazə verilməzdi və hava fəlakəti də yaşanmazdı.


SON XƏBƏRLƏR

04 Fevral 2025