• Bakı 11° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Ərinə balta ilə xəsarət yetirmişdi -  cəzası azaldıldı

HADİSƏ

06 Mart 2025 | 16:22

Ərinə balta ilə xəsarət yetirmişdi -  cəzası azaldıldı

Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 7 ildən 4 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Lalə İmaşova 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin cəzası 9 ildən 7 ilə endirib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin başına zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlər alıb.


SON XƏBƏRLƏR

14 Mart 2025