• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Qəza zamanı Aktau hava limanı nə edib?

HADİSƏ

04 Fevral 2025 | 20:42

Qəza zamanı Aktau hava limanı nə edib?

Xəbər verdiyimiz kimi, Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatını dərc edib.

Bakıvaxtı.az-ın məlumatına görə, hesabatda Aktau hava limanının açıqlamaları da yer alıb. Açıqlamada deyilir:

"Bizim vaxtla saat 10:47-də Aktaudakı qüllə Rostov idarəetmə mərkəzindən təyyarənin quşla toqquşması və təcili eniş üçün Aktau aerodromuna getməsi, hava limanına təxmini eniş vaxtı 11:16-da olduğu barədə məlumat aldı. .

Saat 11:02-də Aktau hava limanından bütün texnika və fövqəladə xilasetmə qrupunun bir hissəsi H-24 meydanındakı yığılma məntəqəsinə toplaşıb.

Saat 11:03-də əməliyyata hazırlığı təmin etmək üçün üç ədəd texnika, bir “UAZ” operativ maşını və bir hərbi yanğınsöndürən maşın mövqelərə çıxarılıb.

Saat 11:21-də xidmətlərimiz uçuş yolunu xaotik şəkildə dəyişən (kəskin qalxma/eniş) təyyarəni müşahidə etməyə başladı.

Saat 11:25-də təyyarə hava limanının görünmə zonasından yoxa çıxıb, bundan sonra 11:28-də RP Seyn kəndi yaxınlığında təyyarə qəzası barədə məlumat verib.

Saat 11:35-də hadisə yerinə gələn əməkdaşlarımız sərnişinləri təxliyyə edən mülki şəxslərin olduğu təyyarənin arxa (quyruq) hissəsini aşkar ediblər. Təyyarənin arxa hissəsindən təxminən 300-350 metr aralıda təyyarənin ön hissəsi yanıb".


SON XƏBƏRLƏR

04 Fevral 2025