• Bakı 25° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılıb

HADİSƏ

07 Dekabr 2024 | 10:18

Borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılıb

Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

    Dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


    SON XƏBƏRLƏR

    06 Sentyabr 2025