• Bakı 23° C

    10.46 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Əqrəb sancmasından ölən müəllimin - FOTOLARI

HADİSƏ

08 Oktyabr 2024 | 10:37

Əqrəb sancmasından ölən müəllimin - FOTOLARI

Xəbər verdiyimiz kimi, Göygöldə 49 yaşlı müəllim əqrəb sancması nəticəsində zəhərlənərək vəfat edib.

Belə ki, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdlü Adil Məmmədovu sentyabrın əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb. Müalicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində “Gənclərin hərbi hazırlığı” fənnindən dərs deyirmiş.

Bakıvaxtı.az faciəvi şəkildə dünyasını dəyişən Adil Məmmədovun fotolarını təqdim edir:


SON XƏBƏRLƏR