Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
***12:20
Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Bakıvaxtı.az xəbər verir ki, təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.
Rəqibini uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.