• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Nazir sevgilisinə görə istefa verdi

DÜNYA

07 Sentyabr 2024 | 18:00

Nazir sevgilisinə görə istefa verdi

İtaliyanın Baş naziri Ciorcia Meloni mədəniyyət naziri Cennaro Sanculianonun istefasını qəbul edib.

Bakıvxtı.az xəbər verir ki, bu barədə Meloni özü bildirib.

Meloni bacarıqlı və dürüst insan adlandırdığı Sanculianoya İtaliyanın mədəniyyət naziri kimi böyük işlər gördüyünə görə təşəkkür edib və onun istefasını qəbul etdiyini açıqlayıb.

O əlavə edib ki, o, Mədəniyyət Nazirliyinin yeni rəhbəri Alessandro Culinin namizədliyini irəli sürüb.

Sanculiano sosial şəbəkələrdə İtaliyanın baş nazirinin mesajını yayıb, lakin istefasına münasibət bildirməyib.

Qeyd edək ki, daha əvvəl keçmiş nazir münasibətdə olduğu və birlikdə xidməti ezamiyyətlərə getdiyi inflüenser Mariya Rozariya Boççanı İtaliya Mədəniyyət Nazirliyinə məsləhətçi təyin etməyə çalışdığını etiraf edib.

Qalmaqal fonunda Sanculiano bildirib ki, o, baş nazirdən istefasını xahiş edib, lakin o, bunu qəbul etməyib./oxu.az


SON XƏBƏRLƏR