• Bakı 10° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

Qazaxıstanda AES-lə bağlı keçirilən referendumun İLKİN nəticələri

DÜNYA

07 Oktyabr 2024 | 16:37

Qazaxıstanda AES-lə bağlı keçirilən referendumun İLKİN nəticələri

Qazaxıstanda dünən keçirilən referendumun ilkin nəticələrinə görə, ölkənin ilk atom elektrik stansiyasının tikilib-inşa edilməyəcəyi ilə bağlı ictimaiyyətin qərarını almaq üçün seçicilərin 71,12 faizi "hə" deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası referendumun nəticələri açıqlayıb.

Qeyd edək ki, ölkədə referendum üçün qurulan cəmi 10 min 323 seçki qutusunda səslərin sayılması başa çatıb.

Referendumda iştirak nisbəti 63,66 faiz təşkil edib. Belə ki, ölkədə qeydiyyatda olan 12 milyon 244 min 683 seçicidən 7 milyon 820 min 204-ü seçkiyə gedib.

Referendumda seçicilərin 71,12 faizini təşkil edən 5 milyon 561 min 937 nəfər “hə” deyərək ölkədə atom elektrik stansiyasının tikintisini dəstəklədiyi halda, 2 milyon 45 min 271 nəfər bunun əleyhinə çıxıb.

Təxminən 213 min səs etibarsız sayıldı.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR