• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu saxlamağa yaxındır

DÜNYA

06 Noyabr 2024 | 15:33

Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu saxlamağa yaxındır

ABŞ-də keçirilən seçkilərin nəticələrinə əsasən, Respublikaçılar Partiyası Nümayəndələr Palatasındakı yerlərin sayına görə hələlik demokratları qabaqlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səslərin hesablanmasının gedişini izləyən ABŞ mediası məlumat yayıb.

CNN telekanalının məlumatına görə, hazırda respublikaçılar Nümayəndələr Palatasında 200, demokratlar isə 172 yeri təmin ediblər. Respublikaçılar Partiyası əvvəllər demokratların sahib olduğu 5 mandatı qazana biliblər və bu tendensiya davam edərsə, onlar palatada çoxluğu qoruyub saxlayacaqlar. Bunun üçün partiyaya azı 218 yer lazımdır.

Eyni zamanda, bildirilir ki, respublikaçılar Senatda çoxluğu demokratların əlindən alırlar: “Fox News” telekanalının proqnozlarına görə, onlar artıq bunun üçün lazım olan 51 yeri əldə ediblər, demokratlar isə 100 yerlik Senatda hələlik yalnız 43 yerə ümid bəsləyirlər. Respublikaçılar Partiyasının daha bir neçə mandat qazanmaq şansı yüksəkdir.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti respublikaçı Donald Tramp yenidən dövlət başçısı olmaq üçün lazımi sayda səs toplayıb. O, tərəfdarları qarşısında çıxışı zamanı qələbəsini elan edib.


SON XƏBƏRLƏR