• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qanada prezident seçkiləri keçiriləcək

DÜNYA

06 Dekabr 2024 | 15:29 | Müəllif: Əli Hüseynov

Qanada prezident seçkiləri keçiriləcək

Qanada prezident və parlament üzvlərini müəyyən etmək məqsədilə seçki prosesi start götürəcək.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Afrikada müstəqillik qazanan ilk ölkə olan Qana 1992-ci ildə “Dördüncü Respublika” sisteminə keçdikdən sonra sabah 9-cu dəfə öz prezidentini seçəcək.

Təxminən 34,4 milyon əhalisi və 18,7 milyon seçicisi olan Qanada səsvermə prosesi 16 əyalətdə müəyyən edilmiş 40 min 976 seçki qutusunda baş tutacaq.

Seçicilər 275 parlament üzvü ilə yanaşı ölkə prezidentinin kim olacağını müəyyənləşdirəcək.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026