• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İran Ukraynanı terrorçulara dəstəyi dayandırmağa çağırdı

DÜNYA

06 Dekabr 2024 | 14:32

İran Ukraynanı terrorçulara dəstəyi dayandırmağa çağırdı

İran Xarici İşlər Nazirliyi Ukraynanı Suriyadakı terror qruplaşmalarına dəstəyi dayandırmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə departamentin İslam Respublikası hökumətinin "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilib.

Məlumata görə, nazirin köməkçisi və Avrasiya Departamentinin rəhbəri Müctəba Dəmirçilu bəzi Ukrayna rəsmilərinin qeyri-qanuni silah ticarəti və Ukraynanın Suriyadakı terror qruplaşmalarını dəstəkləməsi barədə məlumatlara işarə edərək, bu hərəkətləri ölkələrin terrorizmin qarşısının alınması və onunla mübarizə ilə bağlı beynəlxalq öhdəliklərinin pozulması adlandırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025