Oktyabrın sonunda İspaniyada baş verən fəlakətli daşqınlardan sonra 89 nəfər hələ də itkin düşüb.
Bakıvaxtı.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu, Valensiya Muxtar İcmasının dərc etdiyi məlumatda yer alıb.
Rəsmi məlumatlara görə, daşqınlar nəticəsində 215 nəfər ölüb, onlardan 211-i Valensiyadadır. Lakin 62 nəfərin qalıqlarının şəxsiyyəti hələlik müəyyən edilməyib.
Onların arasında yaxınları itkin düşmüş kimi axtarılanların da ola biləcəyi istisna olunmur.
Gülşən Şərif