• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden sonuncu dəfə ənənəvi Milad mərasimində iştirak edib

DÜNYA

06 Dekabr 2024 | 12:52 | Müəllif: Gülşən Şərif

Bayden sonuncu dəfə ənənəvi Milad mərasimində iştirak edib

Prezident Co Bayden prezident kimi sonuncu dəfə Ağ Ev qarşısında keçirilən Milad mərasimində iştirak edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden 20 yanvar 2025-ci ildə yeni seçilmiş prezident Donald Trampa hakimiyyəti təhvil verməzdən əvvəl sonuncu dəfə ənənəvi mərasimə ev sahibliyi edib.

O, dekabrın 25-də qeyd olunacaq Milad bayramına hazırlıqlar çərçivəsində prezident kimi sonuncu dəfə Ağ Evin qarşısında keçirilən ənənəvi Milad ağacının işıqlandırılması mərasimində iştirak edib.

Ağ Evin qarşısındakı Ellips parkında əkilən təxminən 10 metr hündürlüyündə yolka ilə yanaşı, ABŞ-nin 50 ştatını, 5 ərazisini və paytaxt Vaşinqtonu təmsil edən 58 kiçik ağac da işıqlandırılıb.

Təntənəli şəkildə işıqlandırılan yolkanın dekabrın 25-dək ziyarətçilərin üzünə açıq olacağı bildirilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026