İsrailin İspaniyanı "antisemitizm üçün sığınacaq" kimi ittiham etməsi iki ölkə arasında mübahisələrə səbəb olub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, 5-7 sentyabr tarixləri arasında İspaniyada təşkil edilən "İsrailin Qəzzada soyqırımını dayandırın" başlıqlı nümayişlərin keçirildiyini bildirib.
Qeyd edilib ki, təşkil edilmiş mitinqlər "Məsəd Bədil" adlı təşkilat tərəfindən planlanıb.
Bildirilib ki, nümayişlərdə İspaniya "Qəzzada İsrailin soyqırımını təhrik etmək"də ittiham edilib.
İspaniyanın xarici işlər naziri Jose Manuel Albares isə bu barədə mətbuata açıqlamasında deyib:
"İspaniya ifadə azadlığının və nifrətin qızışdırılmasının istənilən formasının, o cümlədən təbii ki, antisemitizmin nəinki geniş şəkildə rədd edildiyi, həm də cinayət məcəlləsinə daxil edildiyi tolerantlıq ölkəsidir".
Əli Hüseynov