• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Masallıda AĞIR QƏZA: yeniyetmə öldü

HADİSƏ

07 Sentyabr 2024 | 17:04 | Müəllif: Subhan Mahmudov

Masallıda AĞIR QƏZA: yeniyetmə öldü

Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi VAZ-21074 markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026