• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Rəsmi Paris bütün körpüləri yandırır: Münasibətlər bir az da gərginləşəcək

SİYASƏT

29 Iyul 2024 | 11:48

Rəsmi Paris bütün körpüləri yandırır: Münasibətlər bir az da gərginləşəcək

Xəbər verdiyimiz kimi, iyulun 26-da Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı ayrı-seçkilik olub.

Bakıvaxtı.az xəbər verir ki, bu “France 2” telekanalının canlı yayımı zamanı baş verib.

Belə ki, Ermənistan komandasının keçidi zamanı telekanalın canlı yayımında aparıcıların “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”, daha sonra Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirləri Azərbaycan tərəfində xoş qarşılanmayıb.

Həmçinin Azərbaycan komandasının keçidi zamanı ölkəmizin “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” şəklində təqdim edilməsi Azərbaycana qarşı olan ayrı-seçkiliyin açıq-aşkar sübutudur.

Fransanın bu hərəkəti Azərbaycanla münasibətlərinə necə təsir edəcək?

Oqtay Qasımov: Gərgin olan münasibətlər bir az da gərginləşəcək

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Paris Olimpiya Oyunlarında baş verən insident Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir edəcək.

Onun sözlərinə görə, onsuz da iki ölkə arasında gərgin olan münasibətlər bir az da gərginləşib və Azərbaycan artıq Belnəlxalq Olimpiya Komitəsinə bu ayrı-seçkilik və diskriminasiya ilə bağlı müraciət edib.

Müsahibimiz bildirib ki, bu olimpiadanın açılışında baş verənlər skandal xarakter daşıyır:

“Yalnız Azərbaycan idmançılarına qarşı olan hərəkətlər yox, həmin açılış proqramının tərtibatı, orada baş verənlər və dünyadan bu hadisəyə reaksiyaların bildirilməsi onu göstərir ki, rəsmi Paris dünyada LGBT dalğasının başında gedən və onun az qala rəsmi dövlət siyasətinə çevirən bir yol izləməkdədir ki, bu da dünyada ikrah hissi doğurdu”.

Politoloq bir çox dövlət rəhbərlərinin, rəsmi şəxslərin bu məsələyə sərt münasibət bildirdiklərini diqqətə çatdırıb.

Azərbaycan idmançılarına qarşı olan hərəkətlərin açıq-aşkar diskriminasiya hadisəsi olduğunu vurğulayan ekspert son olaraq nəzərə çatdırıb ki, Fransanın dövlət büdcəsindən maliyyələşdirilən televiziyada baş verənlər və orada söylənilənlər bir skandaldır:

“Bu bütün münasibətləri bir az da gərginləşdirəcək ki, bunda da bütün məsuliyyət rəsmi Parisin üzərindədir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024