• Bakı 25° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

CƏMİYYƏT

28 Iyun 2024 | 16:40

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.


    SON XƏBƏRLƏR

    30 Iyun 2024