• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

AVRO-2024: Çexiya - Türkiyə oyununda rekord göstərici qeydə alınıb

İDMAN

27 Iyun 2024 | 11:37

AVRO-2024: Çexiya - Türkiyə oyununda rekord göstərici qeydə alınıb

Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin Çexiya və Türkiyə yığmaları arasında baş tutan oyununda rekord göstərici qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, matç zamanı isveçrəli baş hakim Sandro Şörer futbolçulara 18 vərəqə (16 sarı, 2 qırmızı) göstərib.

Qeyd edək ki, F qrupunda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gələn Türkiyə 1/8 finala yüksəlib. "Ay-ulduzlular"ın pley-offda rəqibi Avstriya yığması olacaq.


SON XƏBƏRLƏR

29 Iyun 2024