• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Qarabağ" Zubirlə müqaviləni yenilədi

İDMAN

29 Iyun 2024 | 20:25 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" Zubirlə müqaviləni yenilədi

"Qarabağ" futbol klubu müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Klubun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi komandamızda 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib.

Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR