• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

“Mənə zorla narkotik verib cinsi istismar etdilər” - VİDEO

DÜNYA

28 Iyun 2024 | 13:17

“Mənə zorla narkotik verib cinsi istismar etdilər” - VİDEO

Amerikalı aktrisa və model Peris Hilton açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az-ın BBC-yə istinadən məlumatına görə, ABŞ Konqresində “Uşaqların rifahının gücləndirilməsi və Amerikanın uşaqlarının qorunması” adlı sessiyada çıxışı zamanı Hilton gənclərin müalicə mərkəzlərinə yerləşdirilməsinin zərəri barədə şəxsi təcrübəsini bölüşüb.

43 yaşlı model 16 yaşında olarkən valideynləri tərəfindən yerləşdirildiyi özəl müalicə mərkəzinin əməkdaşları tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb:

“İşçilər mənə zorla narkotik verdilər və cinsi istismara məruz qaldım. Ağır təzyiqlər göstərildi, dəhlizlərdə süründüm, lüt soyunduruldum. Məni daim alçaldıb təhqir etdilər”.

Hilton milyardlarla dollarlıq şirkətləri məsuliyyət daşıdığı həssas uşaqları qorumaq və onlara qayğı göstərməkdən daha çox pul qazanmaqda maraqlı olmaqda günahlandırıb.

Model müəssisədən kənar bütün ünsiyyətinin nəzarət altında olduğunu və ailəsi ilə telefonla danışarkən hər zaman yanında birinin olduğunu da xüsusilə vurğulayıb.

Hilton məruz qaldığı qeyri-insani rəftarın ona ömrünün sonuna qədər təsir edəcəyini söyləyib.

Qeyd edək ki, P. Hilton 2021-ci ildə sahibkar Karter Reuma ərə gedib. Cütlüyün 2 uşağı var. Onlar surroqat ana vasitəsilə dünyaya gəlib.Qafqazinfo


SON XƏBƏRLƏR

29 Iyun 2024