• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər

DÜNYA

28 Iyul 2024 | 10:45

Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər

Amerika Birləşmiş Ştatları regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq razılaşmaya dair maddə tərəflərin Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatında yer ala bilər.

Yeni struktur Yaponiyadakı 55 min Amerika əsgərinin operativ komandanlığı funksiyalarına keçəcək. Bu funksiyalar indi Havaydakı ABŞ-ın Hind-Sakit Okean Komandanlığına həvalə edilib. Tokio ilə Honolulu arasındakı vaxt fərqi 19 saatdır.

Nəşr qeyd edib ki, həm ABŞ Silahlı Qüvvələrində, həm də Yaponiya Özünümüdafiə Qüvvələrində belə komanda strukturlarının yaradılması sülh dövründə birgə təlimlərin və münaqişələr zamanı birgə əməliyyatların planlaşdırılmasının təkmilləşdirilməsi məqsədi daşıyır.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024