• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəsmi Misir: Qəzzada atəşkəs üçün edilən cəhdlər çətinləşdirilir

DÜNYA

27 Avqust 2024 | 10:02 | Müəllif: Əli Hüseynov

Rəsmi Misir: Qəzzada atəşkəs üçün edilən cəhdlər çətinləşdirilir

Misir İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvirin Məscidül-Əqsada sinaqoq tikmək çağırışını pisləyib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinad edərək məlumat verir.

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ben Qvirin sinaqoq tikmək çağırışının ən sərt şəkildə pisləndiyi bildirilib.

Qeyd olunub ki, Fələstin ərazilərində İslam və Xristianlığın müqəddəs yerləri ilə bağlı bu məsuliyyətsiz bəyanatlar bu torpaqlarda vəziyyəti daha da mürəkkəb və gərgin duruma salır.

Baş verənlərin Qəzzada atəşkəsin əldə olunması üçün səyləri çətinləşdirdiyi diqqətə çatdırılıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026