İsrailli etirazçılar Təl-Əviv magistral yolunu bağlayıblar.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, onlar Təl-Əvivin yanından şimaldan cənuba doğru uzanan Ayalon şossesində nümayiş keçirərək hökuməti Qəzzadan əsirləri evlərinə qaytarmağa çağırıblar.
Bildirilib ki, etirazçılar əsirlərin fotoşəkillərini qaldıraraq magistral yolun qarşısına düzülüb.
Mina Mikayılova
















