• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hindistanlı prodüserlər Laçındakı “Hoçazfilm”lə əməkdaşlıqda maraqlıdırlar

MƏDƏNİYYƏT

28 Iyun 2024 | 14:59

Hindistanlı prodüserlər Laçındakı “Hoçazfilm”lə əməkdaşlıqda maraqlıdırlar

Hindistanlı prodüserlər Laçında fəaliyyət göstərən “Hoçazfilm” kinostudiyası ilə əməkdaşlıqda maraqlıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O bildirib ki, unikal yaradıcılıq mərkəzi olan “Hoçazfilm” kinostudiyası bütövlükdə Qarabağ və Şərqi Zəngəzur regionunda yaradılmış ilk yaradıcılıq məkanıdır:

“Hoçazfilm” yaradıcılıq studiyasının direktoru Amil Amaldır. O, rejissor kimi filmlərin quruluşuna öz töhfəsini vermişdir. Laçın təbiətinin ecazkarlığı yerli və xarici film istehsalçıların marağına səbəb olub. Bu, kino sənayemizə beynəlxalq marağı təsdiqləyir. Ümid edirik ki, daha çox prodüser mərkəzləri “Hoçazfilm”in layihələrinə diqqət yetirəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026