• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ruslar Bakıda tarixi serial çəkəcək

MƏDƏNİYYƏT

25 Iyul 2024 | 13:10

Ruslar Bakıda tarixi serial çəkəcək

Payızda Bakıda “Konstantinopol” adlı tarixi serialın çəkilişləri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalının baş prodüseri Timur Vaynşteyn azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Serialda XX əsrin əvvəllərində rusiyalı mühacirlərin çətin taleyindən danışılır.

“Ekran işində çox sayda azərbaycanlı artist yer alır, çəkilişlər Moskvada başlayıb. Bakı çəkiliş zamanı 1918-20-ci illərin Konstantinopoluna çevriləcək. Bu, böyük və Rusiya telekanalında ən çox gözlənilən işdir”, - o deyib.  

Baş rollarda Aleksandr Ustüqov, Oksana Akinşina, Kirill Kyaro və Sergey Marin çəkilirlər. Serialda, həmçinin azərbaycanlı aktrisa Könül Nağıyeva yer alıb.

Serial 2025-ci ildən tez olmayaraq işıq üzü görəcək.

Fotoda Oksana Akinşina

 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024