Veteran kinooperator Ənvər Rəhimov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-nin veteran kino-operatoru Ənvər Rəhimov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, 1939-cu ildə Naxçıvan şəhərində anadan olan Ənvər Rəhimov ömrünün 45 ilini Azərbaycan və Naxçıvan televiziyasına həsr edib. O, yeni nəsil kinooperatorların yetişməsində müstəsna xidmətlər göstərib.
Naxçıvan televiziyası 2014-cü ildə mərhum kinooperatorun 75 illiyi münasibəti ilə "Geriyə baxanda-Ənvər Rəhimov" adlı film hazırlayıb.
















