• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Peskov: "Aİ ilə münasibətlərin normallaşacağı şübhəlidir"

DÜNYA

28 Iyun 2024 | 13:59

Peskov: Aİ ilə münasibətlərin normallaşacağı şübhəlidir

"Avropa diplomatiyasının hansısa şəkildə Rusiya ilə münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməsi ehtimalı azdır".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, son kadr dəyişikliklərindən sonra Rusiya  ilə Avropa İttifaqı arasında münasibətlərin normallaşmasına şübhə ilə yanaşdığını bildirib.

"Ursula Fon der Lyayen Aİ ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı deyil. Biz onu belə tanıyırıq. Onun bu mövqeyi ilə bağlı heç nə dəyişmir. Həmçinin Kaya Kallas indiyə qədər diplomatik meyl nümayiş etdirməyib. O, rusofob bəyanatları ilə məşhurdur". - deyə Peskov qeyd edib.

Kreml nümayəndəsinin sözlərinə görə, hazırda Moskva və Brüssel arasında münasibətlərin perspektivləri zəif qiymətləndirilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024