• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib

İDMAN

25 Iyun 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib

Argentinalı ulduz Lionel Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşını tamamlayan hücumçu yığmadakı komanda yoldaşları ilə birlikdə ad gününü qeyd edərkən, fanatlar otelin qarşısına toplaşıblar.

Pəncərədən onlara əl yelləyən L.Messi daha sonra Argentina bayrağının rənglərində 4 böyük tort göndərib.

Qeyd edək ki, "Qızıl top”un 8 qat qalibi Argentina millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin İspaniya çempionatının (10), Fransa Liqa 1-in (2) və Çempionlar Liqasının (4) qalibi olub. Hücumçu 2023-cü ilin yayından ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026