• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Millimiz Ermənistanı məğlub etdi

İDMAN

25 Iyul 2024 | 18:29 | Müəllif: Subhan Mahmudov

Millimiz Ermənistanı məğlub etdi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatının C divizionunun qrup mərhələsində sonuncu oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, daha əvvəl yarımfinala vəsiqəni təmin edən Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gəlib. Görüş milli komandanın 68:42 hesablı qələbəsi ilə yekunlaşıb.

C divizionunda mübarizə aparan oğlanlardan ibarət komanda da Ermənistanla qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Anar Sarıyevin yetirmələri ilk oyunda Moldovaya (87:76) qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026