• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

"Sabah" ABŞ-li basketbolçu transfer etdi

İDMAN

25 Iyul 2024 | 15:58

Sabah ABŞ-li basketbolçu transfer etdi

Transfer çalışmalarını davam etdirən "Sabah" Basketbol Klubu sıralarını daha bir legioner ilə gücləndirib.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, ABŞ-li basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq paytaxt təmsilçisinin heyətinə cəlb olunub.

206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı oyunçu T1 Liqasında mübarizə aparan "Taiwan Beer Leopards" klubunda çıxış edib.

DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən "Memphis Tigers" klubunda oynayıb.


SON XƏBƏRLƏR

17 Aprel 2025