• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimizdən yeni rekord

İDMAN

25 May 2024 | 17:10 | Müəllif: Subhan Mahmudov

Millimizdən yeni rekord

Paraatletika üzrə Azərbaycan milli komandası tarixi nəticəyə imza atıb.

Bakıvaxtı.az bildirir ki, yığmamız bu rekorda Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında nail olub.

Yarışı ümumilikdə 4 qızıl medalla başa vuran paralimpiyaçılarımız ilk dəfə dünya çempionatında belə yüksək nəticə əldə ediblər. Bunadək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş mundialda (3 qızıl, 1 gümüş, 2 bürünc) qeydə alınmışdı.

Qeyd edək ki, Yaponiyadakı dünya çempionatında Lamiyə Vəliyeva qaçış üzrə iki qızıl (100 metr, 400 metr), Orxan Aslanov və Səid Nəcəfzadə isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026