• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Kroos Avropa çempionatlarının tarixinə düşdü

İDMAN

24 Iyun 2024 | 14:30

Kroos Avropa çempionatlarının tarixinə düşdü

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ölkəsində təşkil olunan Avropa çempionatında meydana çıxdığı oyunlarda ümumilikdə 324 dəqiq ötürmə etməklə öz rekordunu yeniləyib.

T.Kroos 2016-cı ildə keçirilən Avropa çempionatında 323 dəqiq ötürmə ilə rekord qırmışdı. Bu göstəricidə 3-cü yerin sahibi isə İspaniya millisinin keşmiş üzvü Xavidir. O, 2012-ci ildə keçirilən Avropa çempionatında 317 dəqiq ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-nə qədər davam edəcək. A qrupunda yer alan Almaniya millisi 1/8 finala vəsiqə qazanıb.


SON XƏBƏRLƏR