İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi İlkay Gündoğan bu yay komandanı tərk etməyəcək.
Bakıvaxtı.az-ın "Sport.es"ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu müqavilə müddəti bitənə qədər Kataloniya klubunda yeni baş məşqçi Hans Flikin rəhbərliyi altında oynamaq niyyətindədir.
Qeyd edək ki, İ.Gündoğan Qətərin "Əl-Sədd" klubundan 3 illik müqavilə təklifi alıb. Onun "Barselona" ilə anlaşmasının müddəti 2025-ci ilə qədərdir.



jpg-1724391820.webp)

jpg-1724390617.webp)










