• Bakı 17° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

İDMAN

23 Avqust 2024 | 09:23

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə uduzub - 0:3.

"Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6.

25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.


SON XƏBƏRLƏR

06 Noyabr 2025