• Bakı 26° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Məşhur tennisçi vəfat etdi

İDMAN

24 Iyun 2024 | 14:07

Məşhur tennisçi vəfat etdi

Məşhur tennisçi, televiziya şərhçisi, SSRİ-nin əməkdar idman ustası Anna Dmitriyeva 84 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Tennis Federasiyası məlumat yayıb.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Anna Dmitriyeva müxtəlif kateqoriyalar üzrə 18 dəfə SSRİ çempionu olub. O, Beynəlxalq Tennis Federasiyasının (ITF) 12 turnirində qalib gəlib. 1964-cü ildə SSRİ-nin əməkdar idman ustası adına layiq görülən Dmitriyeva 1975-ci ildən şərhçi kimi fəaliyyət göstərib.


SON XƏBƏRLƏR